Kim Çen In Lukaşenkonu 21 top atəşi və izdihamla qarşıladı
Dünya
274
13:45, Bu gün

Kim Çen In Lukaşenkonu 21 top atəşi və izdihamla qarşıladı

Belarus Prezidenti Aleksandr Lukaşenko KXDR lideri Kim Çen Inın rəsmi dəvəti ilə Pxenyana ilk tarixi səfərinə gedib.
 
Moderator.az xəbər verir ki, paytaxtın baş meydanı olan Kim İr Sen meydanında Belarus lideri üçün 21 top atəşi, fəxri qarovul dəstəsi və minlərlə insanın iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.
 
25-26 mart tarixlərini əhatə edən bu səfər çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığı yeni müstəviyə daşıyacaq "Dostluq və Əməkdaşlıq Müqaviləsi"nin imzalanması gözlənilir. Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, sənəd ticarət-iqtisadi, kənd təsərrüfatı və humanitar sahələrdə layihələrin reallaşdırılması üçün hüquqi baza yaradacaq.
 
Danışıqlar zamanı tərəflər qida təhlükəsizliyi, əczaçılıq məhsullarının tədarükü və Qərbin tətbiq etdiyi sanksiyalara qarşı birgə mübarizə məsələlərini müzakirə edirlər. Lukaşenko Pxenyana gələn kimi həmçinin sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Azadlıq" monumentini ziyarət edərək əklil qoyub.
 
Qərb analitikləri bu səfəri Minsk və Pxenyanın Moskva ətrafında formalaşan "anti-Qərb blokunda" yerini möhkəmləndirməsi kimi qiymətləndirirlər.
 
Maraqlıdır ki, bu yaxınlaşma fonunda Vaşinqtonun Minskə qarşı sanksiyaları yumşaltmaq və hətta Tramp-Lukaşenko görüşünü təşkil etmək ehtimalları barədə də məlumatlar yayılmaqdadır.
 
Link kopyalandı!
Son xəbərlər