İran əməliyyatın 80-ci dalğasının başladığını elan edib
Dünya
349
09:25, Bu gün

İran əməliyyatın 80-ci dalğasının başladığını elan edib

İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına qarşı dəqiq idarə olunan raketlərdən istifadə edərək əməliyyatın 80-ci dalğasının başladığını elan edib.
 
Moderator.az-ın məlumatına görə, bu açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verib.
 
Qeyd olunub ki, 80-ci hücum dalğası zamanı əsas hədəflər İsrailin şimalındakı qüvvələrinin toplaşdığı ərazilərdir. SEPAH-ın məlumatına görə, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və dron hücumlarına məruz qalacaq. SEPAH Təl-Əviv, Kiryat Şmon və Fars körfəzindəki ABŞ-nin dörd hərbi bazasının əsas hədəflər olduğunu bildirib.
 
Xəbərə görə, müəyyən edilmiş bütün hədəflərə maye və bərk yanacaqlı raket sistemləri, dəqiq idarə olunan bombalar və döyüş dronları ilə hücum edilib.
 
Link kopyalandı!
Son xəbərlər