ABŞ-nin İrana qarşı əməliyyatlarında təxminən 290 hərbçisi yaralanıb
Dünya
152
09:05, Bu gün

ABŞ-nin İrana qarşı əməliyyatlarında təxminən 290 hərbçisi yaralanıb

ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı Birləşmiş Ştatların təxminən 290 hərbçisi yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsinə istinadən məlumat yayıb.
 
Onun sözlərinə görə, yaralılardan 255-i artıq xidmətə qayıdıb, bundan əlavə, onlardan 10-u ağır xəsarət alıb.
 
Daha əvvəl bildirilib ki, hərbi əməliyyatlarda 200 hərbçi yaralanıb, 13 nəfər həlak olub.
 
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.
 
Link kopyalandı!
Son xəbərlər