00:54
8°C
Bakı
ABŞ komandanlığı ölkə ordusunun 82-ci Hava Desant Diviziyasının komandanına və onun zabitlərinə Yaxın Şərqə yollanmaq əmri verib.
Moderator.az bu barədə "Fox News" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, 82-ci Hava Desant Diviziyasının komandanı general-mayor Brendon Teqtmayerə və onun idarəetmə qrupuna - qərargah əməkdaşlarına Yaxın Şərqə köçürülməyə başlamaq göstərişi verilib.
Məlumata görə, bu qərar Pentaqon və Ağ Evin bütün diviziyanın quru əməliyyatları üçün regiona göndərilməsi imkanını qiymətləndirdiyi vaxta təsadüf edir.
Telekanal qeyd edir ki, əvvəllər ABŞ-nin İranın Xarq adasını ələ keçirmək və ya ölkə ərazisində digər əməliyyatlar üçün quru qoşunlarından istifadə planları barədə məlumatlar yayılmışdı.