Xorvatiya Prezidenti Aİ-nin qərarına etiraz etdi
Dünya
160
24 Mar 2026 | 23:20

Xorvatiya Prezidenti Aİ-nin qərarına etiraz etdi

Yekdillik prinsipi Aİ-nin təsis aktlarında təsbit olunub və üzv dövlətlər veto səlahiyyətlərindən məhrum edilə bilməzlər. Bunun ləğvi təklifinin əsası səhv yönləndirilib.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Xorvatiya Prezidenti Zoran Milanoviç Şimali Makedoniyalı həmkarı Qordana Siljanovska-Davkova ilə görüşdən sonra bildirib.

O yeni Aİ üzv dövlətlərinə veto hüququ olmadan üzvlük verilməsi təklifini Şimali Makedoniya üçün ədalətsiz adlandırıb.

"Yekdillik Avropa İttifaqının təsis aktlarında təsbit olunub. Mümkün dəyişikliklərlə bağlı hər hansı müzakirə, ehtimal ki, buna necə nail olmaq sualına da cavabı özündə ehtiva etməlidir. Avropa fundamental qanunvericiliyində bu cür dəyişikliklər barədə fikir birliyi yoxdur".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər