Türkiyə-Ermənistan sərhədini ruslar qoruyur?
Dünya
144
24 Mar 2026 | 23:10

Türkiyə-Ermənistan sərhədini ruslar qoruyur?

Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumətin illik hesabatında bu ilin əvvəlindən Ermənistan-Türkiyə dövlət sərhədindəki "Axurik" sərhəd keçid məntəqəsində yalnız Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının xidmət etməsi barədə məlumatı təsdiq edir.

Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

"Milli Təhlükəsizlik Xidmətinin yazılı sorğuya cavabı açıq şəkildə göstərir ki, fəaliyyətsiz “Axurik” sərhəd-keçid məntəqəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət göstərir. Üstəlik, fəaliyyətsiz olan keçid məntəqəsi sərhədyanı Axurik kəndində deyil, sərhədyanı Axuryan kəndinin dəmir yolu stansiyasının ərazisində yerləşir. Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərin fəaliyyətsiz keçid məntəqəsində konkret hansı vəzifələri yerinə yetirdiyini və orada əvvəllər rusların olub-olmadığını açıqlamayıb", - məlumatda deyilib.

Nəşr qeyd edir ki, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış “Ermənistan ərazisində yerləşən Rusiya sərhədçilərinin statusu və onların yaşayış şəraiti haqqında” sazişə uyğun olaraq, Ermənistan-Türkiyə dövlət sərhədinin mühafizəsinin Ermənistanda yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri tərəfindən həyata keçirildiyi təsdiqlənib.

Vurğulanıb ki, martın əvvəlində Axurik kəndinə səfər zamanı “Azadlıq ” radiosunun müxbirləri təsdiq ediblər ki, ruslar nəzarət-buraxılış məntəqəsində nəzarəti davam etdirirlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər