Tanınmış aktyor 59 milyon dollar təzminat ödəyəcək
Dünya
254
24 Mar 2026 | 22:50

Tanınmış aktyor 59 milyon dollar təzminat ödəyəcək

ABŞ-də andlılar məhkəməsi tanınmış aktyor və şoumen Bill Kosbini 54 il əvvəl törədilmiş zorakılıq hadisəsində təqsirli bilib.

Moderator.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Kosbi zərərçəkmiş Donna Motsinqerə 59.25 milyon dollar məbləğində təzminat ödəməlidir. Motsinqerin sözlərinə görə, 1972-ci ildə restoranda ofisiant işləyərkən Kosbi onu öz şousuna dəvət edib, limuzində şərab verib, daha sonra isə narkotik maddə verərək zorlayıb.

Motsinqer Kaliforniya ştatında cinsi zorakılıqla bağlı cinayətlər üzrə iddia müddətinin dəyişdirilməsindən sonra Kosbini məhkəməyə verib.

Qeyd edək ki, Kosbi 2018-ci ildə cinsi zorakılıqda təqsirli bilinərək üç il həbsdə qalıb. Lakin 2021-ci ildə yuxarı instansiya məhkəməsi bu qərarı ləğv etdikdən sonra o, azadlığa buraxılıb. Məhkəmə prokurorların Kosbiyə qarşı ittiham irəli sürməyəcəklərinə dair verdikləri vədi pozaraq sonradan iş açmalarını onun hüquqlarının pozulması kimi qiymətləndirib.

Kosbinin vəkili hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər