Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi
Dünya
210
24 Mar 2026 | 22:00

Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi

Məşhur italyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.

Moderator.az bildirir ki, ANSA agentliyi bu barədə mərhumun ailəsinin bəyanatına istinadən xəbər verir.

C.Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. O, 1934-cü il sentyabrın 23-də sahil şəhəri Monfalkonedə anadan olub.

C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı "Il cielo in una stanza" mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub, həmçinin "Billboard Hot 100" siyahısına daxil olub. Sənətçinin digər məşhur əsərləri arasında onun vizit kartına çevrilən "Sapore di sale" mahnısı da yer alır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər