ABŞ və İran arasında vasitəçi ölkələr vasitəsilə əlaqə qurulub və İran razılaşma üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə CNN İrandakı mənbələrə istinadən məlumat yayıb.
"Son günlərdə ABŞ və İran arasında Vaşinqtonun təşəbbüsü ilə əlaqələr qurulub. Lakin onlar tam hüquqlu danışıqlar səviyyəsinə çatmayıb. Müharibəyə son qoymaq üçün razılaşma əldə edilib-edilməyəcəyini müəyyən etmək üçün müxtəlif vasitəçi ölkələr vasitəsilə mesajlar ötürülüb", - məlumatda deyilir.
Məlumata görə İran ABŞ-la birbaşa danışıqlar aparmaq istəmir. Lakin ölkənin milli maraqlarını nəzərə alan təklifləri dinləməyə hazırdır.
Məlumatda o cümlədən Tehranın nüvə silahından imtina ilə bağlı bütün zəruri zəmanətləri verməyə hazır olduğu, lakin nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnda israr etdiyi və bütün sanksiyaların ləğvini tələb etdiyi iddia olunur.