BƏƏ-nin bir hərbçisi İranın Bəhreynə hücumu zamanı həlak olub
Dünya
140
20:10, Bu gün

BƏƏ-nin bir hərbçisi İranın Bəhreynə hücumu zamanı həlak olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin bir hərbçisi Bəhreyndə İran hücumlarını dəf edərkən həlak olub.

Moderator.az-ın məlumatına görə, Bəhreynin Müdafiə Nazirliyi bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Krallığın Silahlı Qüvvələrinin Baş Komandanlığı qardaş BƏƏ Silahlı Qüvvələrinin bir hərbçisinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması ilə bağlı kədərlənir", - açıqlamada deyilir.

Nazirlik qeyd edib ki, o, İranın hücumlarına cavab olaraq Bəhreyn Müdafiə Qüvvələri ilə birlikdə milli vəzifəsini yerinə yetirərkən həlak olub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil edib. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bir neçə regional dövlət vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Link kopyalandı!
Son xəbərlər