23:00
7°C
Bakı
İran hakimiyyəti Hörmüz boğazından tranzit keçid üçün gəmi heyətlərindən ödəniş toplamağa başlayıb.
Moderator.az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.
"Mövzu ilə tanış olan şəxslərin sözlərinə görə, hər gəmi üçün iki milyon dollar məbləğində ödəniş konkret hallardan asılı olaraq tələb olunur ki, bu da mahiyyət etibarilə dəniz yolundan istifadəyə görə qeyri-rəsmi rüsum hesab oluna bilər", - deyə məlumatda vurğulanır.
Mənbələr qeyd ediblər ki, bəzi gəmilər artıq ödəniş edib. Lakin ödəniş mexanizmi, o cümlədən hansı valyutada həyata keçirildiyi hələlik məlum deyil. İran Xarici İşlər Nazirliyi isə bu məlumatı şərh etməkdən imtina edib.