Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib
Dünya
274
19:37, Bu gün

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Moderator.az Akordaya istinadən xəbər verir ki, liderlər bir-birlərini Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər.

Türkiyə lideri Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul olunması münasibətilə təbrik edib, bunun dövlət başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu deyib.

Tokayev Türkiyə müşahidəçilərinə referendumun keçirilməsində fəal iştirakına və yardımına görə təşəkkür edərək bildirib ki, bu, iki ölkə arasında münasibətlərin ənənəvi qardaşlıq və dostluq xarakterini əks etdirir.

Ərdoğan mayın 14-də Qazaxıstana planlaşdırılan dövlət səfərinin əhəmiyyətini vurğulayıb. Hər iki lider ikitərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Astanada keçiriləcək yüksək səviyyəli danışıqların, xüsusən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və Türk Dövlətləri Təşkilatının (TDƏ) qeyri-rəsmi zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezidenti öz növbəsində qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib. Tokayev dəvəti qəbul edib.

Link kopyalandı!
Son xəbərlər