İsrail ABŞ və İran arasında aparılan müzakirələrdə birbaşa iştirak etmir
Dünya
422
17:37, Bu gün

İsrail ABŞ və İran arasında aparılan müzakirələrdə birbaşa iştirak etmir

"İsrail ABŞ Prezidenti Donald Trampın bazar ertəsi günü elan etdiyi İranla danışıqlarda birbaşa iştirak etmir".

Moderator.az xəbər verir ki, bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner iştirak edirlər və zərurət yaranarsa, vitse-prezident Cey Dİ Vens də onlara qoşula bilər. Lakin İsrail bu məsələ ilə bağlı Vaşinqtondan sadəcə məlumat alır.

Qeyd edək ki, ABŞ prezidenti "Truth Social"da Vaşinqton və Tehran son iki gündə hərbi əməliyyatlara son qoymaq üçün çox yaxşı və məhsuldar danışıqlar apardığını bildirib. O, məsləhətləşmələrin həftə ərzində davam edəcəyini vurğulayıb. Hətta Ağ Ev İranın enerji infrastrukturuna mümkün zərbələrin beş gün təxirə salınmasını əmr edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə IRNA xəbər agentliyinə bildirib ki, Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb, lakin öz mövqeyini vasitəçilərə açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər