İsveç Ukraynaya 25,8 milyon dollarlıq növbəti yardım paketi ayırır
Dünya
198
17:17, Bu gün

İsveç Ukraynaya 25,8 milyon dollarlıq növbəti yardım paketi ayırır

İsveç hökuməti 2026-cı il üçün Ukraynaya təxminən 240 milyon kron (25,8 milyon dollar) məbləğində yeni yardım paketini elan edib.

Moderator.az xəbər verir ki, bu barədə İsveçin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, yardıma humanitar əməliyyatların aparılması üçün Ukrayna Qızıl Xaçına ayrılan 150 milyon kron (16,1 milyon dollar) daxildir.

Yardım paketində uşaqların ehtiyaclarına - ailə qayğısı sahəsində islahatların dəstəklənməsinə, psixoloji yardım proqramlarına və s. xüsusi diqqət yetirilir.

Link kopyalandı!
Son xəbərlər