İran ABŞ ilə danışıqlara gedir?
Dünya
210
17:00, Bu gün

İran ABŞ ilə danışıqlara gedir?

"Nə İran hökuməti, nə də İran silahlı qüvvələri ABŞ-yə atəşkəslə bağlı heç bir təklif verməyib".

Moderator.az xəbər verir ki, bunu İran Milli Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Rzazadə ISNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Qeyd edib ki, diplomatik qurumlar, hökumət və ya silahlı qüvvələr tərəfindən atəşkəslə bağlı heç bir danışıqlar və ya təklif olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl İsrailin "Ynet" xəbər agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətində İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin danışıqlar aparmaq üçün razılığını çatdırdığını bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər