Qlobal avtosənaye xammal tədarükündə problemlərlə üz-üzə
Dünya
186
16:37, Bu gün

Qlobal avtosənaye xammal tədarükündə problemlərlə üz-üzə

Dünyanın ən böyük avtomobil istehsalçıları Yaxın Şərqdəki müharibə fonunda sürətlə alüminium almağa başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Fars körfəzindəki metal istehsalçıları, o cümlədən "Aluminium Bahrain" və "Qatalum" şirkətləri, həm xammal idxalına, həm də hazır məhsul ixracına təsir edən elektrik kəsintiləri və logistika məhdudiyyətləri səbəbindən istehsalı azaldıblar.

Qəzetin məlumatına görə, bir neçə Qərb avtomobil istehsalçısı yeni təchizatın təmin edilməsində problemlər olduğunu bildirib. Bir çox şirkət bir neçə ay istehsala davam etməsi üçün nəzərdə tutulmuş ehtiyatlardan istifadə edir.

Avtomobil şirkətlərindən biri mümkün olduqda təmiz metal əvəzinə alüminium qırıntılarından istifadəyə keçəcəyini bildirib.

Treyderlərin sözlərinə görə, Yaponiya avtomobil istehsalçıları və təchizatçıları 2022-ci ildən dayandırdıqları Rusiya ilə alış-verişləri bərpa etmək imkanını nəzərdən keçirirlər.

Avropa, ABŞ və Yaponiya Fars körfəzi ölkələrindən alüminiumun əsas idxalçılarıdır. Bu da qlobal alüminium istehsalının təxminən 10%-ni təşkil edir. Avropa alüminiumun 14%-ni, Yaponiya isə 25%-ni regiondan idxal edir. Hörmüz boğazında gəmiçiliyin faktiki olaraq dayandırılması və qaz qiymətlərinin artması Fars körfəzindən tədarüklərə təhlükə yaradır. Bu da digər bölgələrdəki istehsalçıları mümkün hasilat azalmaları barədə xəbərdarlıq etməyə vadar edir.

Link kopyalandı!
Son xəbərlər