Dünya
146
08:58, Bu gün

"Politico": Tramp administrasiyası İran parlament sədrini potensial lider kimi görür

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafı potensial tərəfdaş və mümkün gələcək lider kimi qiymətləndirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, 64 yaşlı Qalibaf Ağ evdə bəzi dairələr tərəfindən Vaşinqtonun əməkdaşlıq edə biləcəyi əsas fiqurlardan biri kimi nəzərdən keçirilir.
 
Məlumata əsasən, o, münaqişənin növbəti mərhələsində ABŞ administrasiyası ilə danışıqlar aparacaq mümkün liderlərdən biri kimi qiymətləndirilir.
 
Qeyd olunur ki, Ağ ev hələlik konkret bir namizəd üzərində dayanmaq niyyətində deyil və bir neçə potensial şəxsi paralel şəkildə dəyərləndirir.
 
Mənbələrdən biri Qalibafın prioritet variantlardan biri olduğunu bildirsə də, hələ heç bir yekun qərarın verilmədiyi vurğulanır.
 
Xatırladaq ki, daha əvvəl Donald Tramp İranın yeni ali liderinin ABŞ-nin razılığı olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcəyini bəyan etmişdi. /Teleqraf/
 
Link kopyalandı!
Son xəbərlər