İranın 158 gəmisini məhv etdik - Tramp
Dünya
251
23 Mar 2026 | 22:20

İranın 158 gəmisini məhv etdik - Tramp

BŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasının 158 gəmisinin məhv edilməsi ilə nəticələnən zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Biz onların müdafiə sənayesi kompleksini darmadağın etdik, Hərbi Dəniz Qüvvələrini sıradan çıxarırıq, 158 gəmi məhv edilib", - Ağ Ev rəhbəri qeyd edib.

Bundan əlavə, Tramp İranın pilotsuz uçuş aparatları və ballistik raket buraxılışlarının sayının guya 90 %-dən çox azaldığını iddia edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər