23:06
8°C
Bakı
İranın Hörmüz boğazı üzərində nəzarəti Vaşinqton üçün qəbuledilməz ssenaridir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində bildirib.
"Dünya ictimaiyyəti heç bir halda yol verməməlidir ki, İran Hörmüz boğazı üzərində nəzarəti həyata keçirsin, bu, son onilliklər ərzində vaxtaşırı olaraq baş verirdi. Boğaz vasitəsilə maneəsiz gəmiçiliyə dair möhkəm təminatlar verəcək elə bir nəticə lazımdır - özü də təkcə Birləşmiş Ştatların maraqları üçün deyil, həm də bütün Fars körfəzi dövlətləri, Asiya və Avropa ölkələri, eləcə də bütün dünya ictimaiyyəti üçün", - Rayt vurğulayıb.