23:04
8°C
Bakı
İsrailin maliyyə naziri Bezalel Smotriç ölkə sərhədlərinin Livanın cənubundakı Litani çayına qədər genişləndirilməsinin zəruriliyi ilə bağlı bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, nazir bu barədə "İsrail radiosu"na müsahibəsində bildirib.
"Mən birmənalı olaraq bəyan edirəm: Litani çayı İsrailin yeni dövlət sərhədi olmalıdır", - Smotriç bildirib.
O əlavə edib ki, Livandakı hərbi əməliyyat həm "Hizbullah"ın yaratdığı təhlükənin aradan qaldırılmasını, həm də İsrailin dövlət sərhədlərinə yenidən baxılmasını ehtiva edən yeni reallığın formalaşmasına gətirib çıxarmalıdır.