02:51
7°C
Bakı
Kolumbiyanın Putumayo əyalətində göyərtəsində 100-dən çox hərbçinin olduğu "Hercules C-130" tipli hərbi təyyarə qəzaya uğrayıb.
Moderator.az "Caracol" radiosuna istinadən verdiyi məlumata görə, hadisə təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:
"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".