23:43
8°C
Bakı
Ukrayna münaqişəsi Kiyevin kapitulyasiyası ilə başa çata bilər.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Ordusunun Mərkəzi Evində hərbçilərlə görüş zamanı bildirib.
“İstənilən münaqişə razılaşma ilə başa çatır. Əgər bu beynəlxalq münaqişədirsə, o zaman bu razılaşma beynəlxalq şəkildə rəsmiləşdirilir. Məsələn, kapitulyasiya da bir razılaşmadır, imzalanır, təsdiqlənir və tərəflər arasında münaqişənin başa çatmasını rəsmiləşdirir”, – deyə Zaxarova qeyd edib.