22:29
8°C
Bakı
"İran bundan sonra uranın zənginləşdirilməsi ilə məşğul olmamağa razılıq verib".
Moderator.az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Tennessi ştatına işgüzar səfəri ərəfəsində Florida ştatındakı Uest-Palm-Biç hava limanında jurnalistlərlə söhbətində deyib.
Tramp İranla təmasların gedişi haqqında açıqlamalarını Tehranın uranın zənginləşdirilməsi ilə məşğul olmamağa razılıq verməsi kimi qiymətləndirməyin doğru olub-olmadığına dair jurnalistlərin sualına, qısaca "onlar razılıq verdilər" deyə cavab verib.