Ukrayna enerji resurslarının əlavə tədarükündə - xüsusən də Mozambikdən - maraqlıdır.
Moderator.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Mozambik Prezidenti Daniel Çapo ilə apardığı danışıqların yekununda bəyan edib.
"Mozambik Prezidenti Daniel Çapo ilə Ukraynaya qaz tədarükü və təhlükəsizlik çağırışlarına qarşı fəaliyyət imkanlarını müzakirə etdik. Ukrayna enerji resurslarının əlavə tədarükündə maraqlıdır", - Zelenski öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, öz növbəsində, Mozambik daxili təhlükəsizliyin gücləndirilməsi və insanların xarici təcavüzdən qorunması üçün Ukraynanın təcrübəsi və texnologiyalarında maraqlıdır.
Liderlər həmçinin rəqəmsallaşma və ərzaq təhlükəsizliyi sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər.
"Komandalarımızın birlikdə işləməsi barədə razılığa gəldik", - deyə Ukrayna lideri yekunlaşdırıb.