Nigeriyada körpü partladılıb, azı səkkiz nəfər həlak olub
Dünya
307
23 Mar 2026 | 20:15

Nigeriyada körpü partladılıb, azı səkkiz nəfər həlak olub

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.

Moderator.az bu barədə yerli "The Sun Nigeria" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, partlayış körpünü dağıdıb. Həmin zaman körpüdə olan avtomobildəki yeddi sərnişin və sürücü hadisə yerində ölüb.

Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal edilir.

Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun güc strukturlarının antiterror əməliyyatına başladığını bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər