20:42
9°C
Bakı
İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.
Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.
"İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına, eləcə də "Əl-Əzraq" aviabazasında ABŞ-nin "F-35" və "F-15" qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib", - məlumatda bildirilib.