Fidan və İshaq Dar Trampın əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
Dünya
252
18:25, Bu gün

Fidan və İshaq Dar Trampın əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı verdiyi bəyanatı nəzərdən keçirib.

İshaq Dar regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək üçün diplomatik fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, tərəflər mövcud dəyişkən vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Link kopyalandı!
Son xəbərlər