20:25
11°C
Bakı
"OnlyFans"ın sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" şirkəti məlumat yayıb.
"Biz Leo Radvinskinin vəfatı xəbərindən dərindən kədərlənirik. Leo xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra dünyasını dəyişib", - deyə xəbərdə bildirilib.
Radvinski 1982-ci ildə Odessada anadan olub. Sonra ailəsi ABŞ-yə köçüb və o, orada böyüyüb.
O, "OnlyFans"ı 2018-ci ildə əldə edib və platformanı "Fenix International" şirkəti vasitəsilə idarə edib.
"Reuters"in məlumatına görə, Radvinski yeganə səhmdar olub və son illər ərzində biznesdən 1 milyard dollardan çox qazanc əldə edib.