19:48
12°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Moderator.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata əsasən, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub", - məlumatda qeyd edilib.