19:48
12°C
Bakı
Keçmiş sirk ustası Yevgeni Çernov Moskvada Nikoloyamskaya küçəsində baş verən və üç nəfərin ölümünə səbəb olan yanğın hadisəsi ilə əlaqədar saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "REN TV" özünün "Telegram" kanalında məlumat yayıb.
Xəbərə görə, onun mənzilində baş verən yanğının söndürülməmiş siqaretdən qaynaqlandığı ehtimal olunur.
Bundan başqa Moskvanın Nikoloyamskaya küçəsindəki çoxmənzilli binada baş verən yanğın nəticəsində ölənlərin sayı dördə çatıb. Bu barədə Moskva prokurorluğundan məlumat verilib.