Avropa İttifaqı Macarıstanı qapalı görüşlərə niyə buraxmır?
Dünya
205
16:00, Bu gün

Avropa İttifaqı Macarıstanı qapalı görüşlərə niyə buraxmır?

Avropa İttifaqı (Aİ) məlumatların Rusiyaya ötürülməsi ehtimalından ehtiyat edərək Macarıstanın qapalı görüşlərdə iştirakını məhdudlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumata yayıb.

Bildirilir ki, Aİ məxfi məlumat mübadiləsini də azaldıb.

Rəsmi Budapeştə qarşı inamsızlıq ona gətirib çıxarıb ki, mühüm Avropa danışıqları getdikcə daha çox E3 (Almaniya, Fransa, Böyük Britaniya), E4 (E3 və İtaliya) və ya Veymar üçbucağı (Almaniya, Fransa, Polşa) kimi dar çərçivədə keçirilir.

Məlumata görə, diplomatiyanın kiçik formatlarda aparılmasına doğru bu cür meyillər həssas məsələlərin müzakirə prosesindən "daha az etibarlı" dövlətləri kənarlaşdırmaq istəyi ilə bağlıdır.

Link kopyalandı!
Son xəbərlər