Bizi sosial şəbəkələrdən izləyin:
Fransanın keçmiş baş naziri Lionel Jospen 88 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Məlumata görə, Jospen 1997-ci ildən 2002-ci ilə qədər prezident Jak Şirakın dövründə Fransa hökumətinə rəhbərlik edib.
Onun rəhbərliyi altında nazirlər kabineti bir sıra sosial-iqtisadi islahatlar həyata keçirib. Bunların ən əhəmiyyətlisi qanunvericilik yolu ilə əvvəlki əməkhaqqı səviyyəsini saxlamaqla iş həftəsinin 39 saatdan 35 saata qədər azaldılması olub.
1988-ci ildən 1992-ci ilə qədər Jospen Fransanın təhsil naziri vəzifəsində çalışıb. Həmin dövrdə o, məktəb sistemində islahatlara başladıb.
Jospen 1995-ci ildə prezidentliyə namizəd kimi böyük siyasətə qayıdıb, lakin seçkidə Şiraka uduzub. Siyasətçi 2002-ci ildə yenidən ölkə prezidentliyinə namizədliyini irəli sürüb və yenə məğlub olub. Bundan sonra Jospen siyasi karyerasını başa vurub.
Sabiq baş nazir 2012-ci ildə qismən dövlət işlərinə qayıdıb, Fransanın Konstitusiya Şurasına təyinat alıb və burada konstitusiya nəzarəti məsələləri üzrə ixtisaslaşıb.