ABŞ-Ukrayna danışıqlarında hansı məsələlər müzakirə olunub? - Rustem Umerov AÇIQLADI
Dünya
591
08:10, Bu gün

ABŞ-Ukrayna danışıqlarında hansı məsələlər müzakirə olunub? - Rustem Umerov AÇIQLADI

"Floridada ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb".
 
Moderator.az xəbər verir ki, görüşün nəticələri barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov özünün "Telegram" kanalında məlumat verib.
 
Onun sözlərinə görə, tərəflər görüş zamanı etibarlı təhlükəsizlik təminatları və humanitar məsələlərə, xüsusilə də əsir mübadiləsi və Ukrayna vətəndaşlarının geri qaytarılması mövzusuna diqqət yetiriblər.
 
Umerov bildirib ki, danışıqların yekununda tərəflər mövqelərin uzlaşdırılması istiqamətində irəliləyiş əldə ediblər.
 
Link kopyalandı!
Son xəbərlər