Romada qaz partlayışından sonra üç binaya ziyan dəydi: Xəsarət alanlar var
Dünya
585
22 Mar 2026 | 20:30

Romada qaz partlayışından sonra üç binaya ziyan dəydi: Xəsarət alanlar var

Romada, ehtimal olunan məişət qazı partlayışı nəticəsində üç bina zədələnib, onlardan biri qismən çöküb.

Moderator.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə səbəbindən təxminən 60 nəfər evlərini tərk etməyə məcbur olub.

"Il Messaggero"nun yazdığına görə, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerində xilasedicilər və polis əməkdaşları çalışırlar.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər