Tramp
Dünya
722
22 Mar 2026 | 20:30

Tramp "məğlub edilmiş" İrandan sonra ABŞ-nin əsas düşmənini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İrana qalib gəldikdən sonra ölkənin əsas düşməninin Demokratlar Partiyası olduğunu bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"İranın məhvindən sonra ABŞ-nin ən böyük düşməni radikal solçu, son dərəcə səriştəsiz Demokratlar Partiyasıdır", - deyə Tramp qeyd edib.

Bundan əvvəl Nümayəndələr Palatasında demokrat deputat Hakim Ceffris Donald Trampı və "respublikaçı ekstremistləri" Yaxın Şərqdə "öz istəkləri ilə düşünülməmiş müharibə" başlatmaqda ittiham etmişdi.

Demokratlar Partiyası hazırda prezidentin hərbi səlahiyyətləri ilə bağlı qətnamələr üzrə təkrar səsvermələr tələb etməklə Senatın işini iflic etməyə hazırlaşır. Eyni zamanda, onlar respublikaçıların federal seçkilərdə səsvermə qaydalarını sərtləşdirən "SAVE America Act" qanun layihəsini qəbul etdirmək planlarını da pozmağa çalışırlar.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər