Paşinyan Qarabağdan qaçan həmin qadından ÜZR İSTƏDİ
Dünya
595
20:13, Bu gün

Paşinyan Qarabağdan qaçan həmin qadından ÜZR İSTƏDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı metroda üstünə qışqırdığı qadından açıq şəkildə üzr istəyib.

Moderator.az xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edib.

"Hörmətli xanım Mosiyan, mən həmin emosiyalara görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, metroda və ya başqa bir yerdə yenidən qarşılaşıb sakitcə söhbət etmək üçün fürsətimiz olacaq. Bu söhbətin baş tutmasını çox istərdim. Bilirəm ki, siz imtina edəcəksiniz və bir neçə kobud söz də əlavə edəcəksiniz - mən bunu təvazökarlıqla qəbul edirəm. Qəbul edirəm ki, bəzi şeyləri səhv dedim, yanlış jestlərlə, tonla və üz ifadəsi ilə dedim", — deyə o yazıb.

Siyasətçi həmçinin dünyada baş verən aktual hadisələrə qarşı hədsiz emosional reaksiyalar verdiyini də etiraf edib.

Bundan əvvəl Ermənistanın Baş naziri Yerevan metrosunda həmin qadınla vaqonunda mübahisə etmişdi.

 

Link kopyalandı!
Son xəbərlər