İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələdi
Dünya
762
19:35, Bu gün

İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələdi

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.

Moderator.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi bildirib.

"ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək", - deyə o əlavə edib.

Link kopyalandı!
Son xəbərlər