İsrail açıqladı: İrana zərbələr dalğası tamamlandı!
Dünya
549
19:34, Bu gün

İsrail açıqladı: İrana zərbələr dalğası tamamlandı!

İsrail Hərbi Hava Qüvvələri Tehrana növbəti irimiqyaslı zərbələr dalğasını tamamlayıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəflər hərbi obyektlər olub:

"Xüsusilə, zenit raketlərinin saxlanıldığı şəxsi heyətin hazırlanması üçün nəzərdə tutulan bazaya hücum edilib. Zərbələr həmçinin İran Müdafiə Nazirliyinin silahların istehsal olunduğu və saxlandığı obyektinə, eləcə də SEPAH-ın Hərbi Hava Qüvvələrinin silah zavoduna endirilib".

Qeyd olunub ki, bundan əlavə, İranın Kəşfiyyat Nazirliyinin və Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahı İsrail Hərbi Hava Qüvvələrinin zərbələrinə məruz qalıb.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı əməliyyata başlayıb.

 

(axar.az)

Link kopyalandı!
Son xəbərlər