Kuba rəsmisi: ABŞ Havanaya yanacaq tədarük etmək istəyən ölkələri qorxudur
Dünya
507
19:31, Bu gün

Kuba rəsmisi: ABŞ Havanaya yanacaq tədarük etmək istəyən ölkələri qorxudur

Kubaya yanacaq ixracı tamamilə qanunidir, lakin ABŞ Havananı enerji resursları ilə təmin etmək istəyən ölkələri qorxudur.

Moderator.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio bildirib.

"Qeyd etmək istərdim ki, iqtisadi embarqo müddəalarına görə, ABŞ istisna olmaqla, istənilən ölkənin Kubaya yanacaq ixrac etməsi və Kubanın yanacaq idxal etməsi qanunidir. ABŞ hazırda Kubaya yanacaq tədarük edə biləcək ölkələri hədələyir və buna görə də Kuba uzun müddətdir ki, yanacaq ala bilmir" - deyə Karlos Fernandes de Kossio "NBC News" müsahibəsində bildirib .

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha öncə İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətində olduğunu bildirib. O, dəfələrlə iddia edib ki, ABŞ-ın təzyiqi altında Venesueladan neft tədarükünün kəsilməsindən sonra Kuba hökuməti və iqtisadiyyatı çökməyə yaxındır.

Link kopyalandı!
Son xəbərlər