16:18
14°C
Bakı
Avropa Birliyi liderləri Orbanın tələsinə düşdülər və seçkilərdə onun şansını artırdılar.
Moderator.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“AB liderləri Brüsseldə keçirilən sammitdə Macarıstanın Baş naziri Viktor Orbanı sərt tənqid ediblər. Lakin bu, parlament seçkilərindən əvvəl onun xeyrinə oldu.
Bəzi Avropa siyasətçiləri və ekspertləri hesab edirlər ki, AB-nin sərt tənqidi Orbanın ölkə daxilində mövqeyini gücləndirə bilər. Bu ona özünü Macarıstanın maraqlarını qorumağa qadir olan yeganə siyasətçi kimi təqdim etməyə imkan verir. O, kampaniyalarında bu tezisdən fəal istifadə edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək.