Helikopter qəzası zamanı Türkiyənin üç vətəndaşı həlak olub - YENİLƏNİB
Dünya
209
15:15, Bu gün

Helikopter qəzası zamanı Türkiyənin üç vətəndaşı həlak olub - YENİLƏNİB

Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb", - bəyanatda deyilir.

Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin "Aselsan" şirkətinin əməkdaşları həlak olub.

Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.

Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək.

14:20

Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, iki nəfər ASELSAN müdafiə sənayesi şirkətinin əməkdaşıdır.

Nazirlik qeyd edib ki, Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam edir.

Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib. Həlak olanların 6-nın meyiti tapılıb.

Link kopyalandı!
Son xəbərlər