10:18
14°C
Bakı
İsrail və ABŞ-nin İrana qarşı müharibə başlatdığı gündən bəri İslam Respublikası ölkə səmasında qarşı tərəfin 127 dronunu zərərsizləşdirib.
Moderator.az-ın "Tasnim"ə istinadən xəbərinə görə, bu barədə İran ordusu məlumat yayıb.
Bildirilib ki, son saatlarda Tehran səmasında daha bir hücum dronu "hər hansı döyüş əməliyyatı həyata keçirmədən" vurulub.
"Son məcburi müharibənin başlanğıcından indiyədək 127 ədəd müxtəlif növ qabaqcıl pilotsuz uçuş aparatı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib", - məlumatda vurğulanıb.