İranın İsraili atəşə tutması nəticəsində 39 nəfər yaralanıb
Dünya
285
21 Mar 2026 | 23:28

İranın İsraili atəşə tutması nəticəsində 39 nəfər yaralanıb

İsrailin cənubundakı Dimona şəhərinə raket atəşi nəticəsində azı 39 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlər arasında vəziyyəti ağır olan bir uşaq da var.

Dimona şəhəri İsrailin cənubundakı Negev səhrasında yerləşir və ölkənin milli nüvə tədqiqat mərkəzi orada yerləşir.

Link kopyalandı!
Son xəbərlər