İranla bağlı münaqişə üzündən dörd min son model avtomobil Lamu adasına boşaldıldı
Dünya
352
21 Mar 2026 | 21:38

İranla bağlı münaqişə üzündən dörd min son model avtomobil Lamu adasına boşaldıldı

Hörmüz boğazında naviqasiya pozuntuları üzündən minlərlə yeni lüks avtomobil daşıyan gəmilər Hind okeanında Keniya sahillərindəki Lamu adasında lövbər salmalı olublar.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" qəzetinin məlumat yayıb.

Son model "Porsche" və "Volkswagen" avtomobilləri də daxil olmaqla, təxminən 4000 avtomobil artıq adaya boşaldılıb. Onları daşıyan gəmilər Yaponiyadan Dubaya gedirdi, lakin Hörmüz boğazının bağlanması səbəbindən marşrutlar dəyişdirilməli olub.

Lamu əhalisi cəmi 25.800 nəfərdir və ərazisi cəmi 57 kvadrat kilometrdir. Adada yerli hökumət və təcili yardım maşınları istisna olmaqla, avtomobillərin hərəkəti qadağandır. Malların və insanların daşınması ya qayıq, ya da yük eşşəkləri ilə həyata keçirilir.

Gələn həftə bura 5000 vaqon daşıyan başqa bir gəminin gəlişi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər