ABŞ-nin və dünyanın ən böyük aviaşirkətlərindən biri olan "United Airlines" yanacaq qiymətlərinin artması səbəbindən 2026-cı ilin sonuna qədər planlaşdırılan uçuş tutumunu 5% azaltmaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Skott Kirbi açıqlama verib.
"Reallıq budur ki, reaktiv yanacaq qiymətləri son üç həftədə iki dəfədən də çox artıb. Qiymətlər bu səviyyədə qalarsa, bu, təkcə illik yanacaq xərclərinin əlavə 11 milyard dollar olması deməkdir. Müqayisə üçün bildirim ki, "United Airlines" şirkəti tarixinin ən məhsuldar ilində 5 milyard dollardan az qazanc əldə edib.
Kirbi qeyd edib ki, ixtisarlar ən az tələbat olan marşrutlara, o cümlədən həftəiçi, şənbə və gecə reyslərinə təsir edəcək. "United Airlines" şirkəti, həmçinin Təl-Əviv və Dubaya uçuşların dayandırılmasını da uzatmaq niyyətindədir. Cədvəlin payızda tam bərpa olacağı gözlənilir.