İran İsrailin qırıcısını vurmağa cəhd etdi
Dünya
271
15:35, Bu gün

İran İsrailin qırıcısını vurmağa cəhd etdi

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarəsinə doğru İran səmasında zenit raketi buraxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF-SAXAL) mətbuat xidməti məlumat yayıb.
 
"İsrail HHQ-nin İran hava məkanındakı əməliyyatı zamanı İsrail təyyarəsinə zenit raketinin buraxıldığı qeydə alınıb. Ekipaj prosedura uyğun hərəkət edib. Təyyarəyə ziyan dəyməyib və missiya plana uyğun olaraq yerinə yetirilib", - deyə bəyanatda qeyd olunub.
 
Qurumdan bildirilib ki, "Aslanın nəriltisi" əməliyyatı başlayandan bəri İran hava məkanında İsrail qırıcılarını vurmaq üçün çoxsaylı cəhdlər edilib. Xəbərə görə, İsrail HHQ-nin ekipajları bu təhdidlərin öhdəsindən uğurla gəliblər.
 
Link kopyalandı!
Son xəbərlər