Bizi sosial şəbəkələrdən izləyin:
Bağdadda İraq kəşfiyyat xidmətinə məxsus binaya pilotsuz uçuş aparatları ilə (PUA) hücum edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Xəbərə görə PUA Bağdadın qərbindəki dəbdəbəli Mənsur məhəlləsində yerləşən qərargahı hədəfə alıb. "Al Araby" kanalı isə bundan əvvəl mərminin qalıqlarının eyni məhəllədə yerləşən İraqdakı Mərakeş səfirliyinin yaxınlığında düşdüyünü bildirib.