Hörmüz boğazını keçən sirli gəmi: Ötən il Hindistan sahillərində saya oturmuşdu, martda Fars körfəzində peyda oldu
Dünya
508
14:00, Bu gün

Hörmüz boğazını keçən sirli gəmi: Ötən il Hindistan sahillərində saya oturmuşdu, martda Fars körfəzində peyda oldu

"Jamal" adlı gəmi martın 20-də İran tərəfindən blokadaya alınmış Hörmüz boğazından keçə bilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi gəmilərin izlənməsi məlumatlarına istinadən məlumat yayıb.
 
Ehtimal edilir ki, 2025-ci ilin oktyabrında sözügedən nəqliyyat vasitəsi Hindistan sahillərində saya oturub.
 
Agentliyin məlumatına görə, "Jamal" ilk dəfə martın 13-də Oman körfəzində radarlarda görünüb, onun əvvəlki yeri məlum deyil.
 
Tezliklə gəmi radarlardan yoxa çıxıb və izləmə mayaklarını yalnız martın 20-də blokadanı aşdıqdan sonra Fars körfəzində yenidən işə salıb.
 
Agentlik vurğulayıb ki, gəmi sonuncu dəfə İranın cənub-şərq sahilində müşahidə edilib.
 
Qeyd olunur ki, İran blokadasını aşmış gəmi mayeləşdirilmiş təbii qaz daşıyan tanker kimi gizlədilib. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər