Əraqçı:
Dünya
194
13:40, Bu gün

Əraqçı: "Atəşkəsi qəbul etmirik"

"Müharibəyə tamamilə son qoya biləcək hər hansı bir təşəbbüsü alqışlayırıq, dinləməyə və nəzərdən keçirməyə hazırıq".
 
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində deyib.
 
O bildirib ki, bəzi ölkələr münaqişənin həlli istiqamətində nələrsə etməyə çalışsalar da, ABŞ-ni hücumları dayandırmağa məcbur edə bilmirlər.
 
"Görünür ki, ABŞ hücumları dayandırmağa hazır deyil. Buna görə də müdafiə olunmağa davam edəcəyik. Keçənilki ssenarinin təkrarlanmasını istəmədiyimiz üçün atəşkəsi qəbul etmirik. Müharibə tamamilə və birdəfəlik bitməlidir və bu vəziyyətin bir daha təkrarlanmayacağına dair zəmanətlər olmalıdır. Həmçinin İrana dəyən zərərlər ödənilməlidir", - deyə Əraqçı bildirib.
 
Link kopyalandı!
Son xəbərlər