Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur müğənni, Rusiyanın əməkdar artisti Dima Bilan illər öncə olduğu kimi səhnələrdə fəal görünmür. Müğənni kulisdə qalmasının səbəbini açıqlayıb.
Sənətçi RİA Novosti-yə açıqlamasında bildirib ki, o, son vaxtlar yeni mahnı buraxmır. Çünki fərqli, böyük bir bəstə üçün xüsusi ideya gözləyir.
Müğənni onu da vurğulayıb ki, hazırda musiqi materialı da məhduddur və ona ilham verəcək güclü bir mahnıya ümid edir.
Bilan həmçinin unikal bir hit yarada biləcək istedadlı bir bəstəkar axtardığını da bildirib. /Publika.az/